Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov Gənc Almaniya Mühafizəkarlarının konfransında çıxış edib

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov Gənc Almaniya Mühafizəkarlarının konfransında çıxış edib
# 20 oktyabr 2010 11:52 (UTC +04:00)
Bakı – APA. Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri və təsisçisi Tale Heydərov Gənc Almaniya Mühafizəkarlarının (the Junge Union Deutschlandtag) Potsdamda keçirilən konfransında çıxış edib. AAC-dan APA-ya verilən məlumata görə, 1000-dək yüksək səviyyəli qonağın qarşısında çıxış edən T. Heydərov Almaniya və Azərbaycan arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərin gələcək inkişafının vacibliyini vurğulayıb.

O, Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqının (CDU/CSU) xarici siyasət məsələləri üzrə spikeri Filip Misfelderi (Philipp Missfelder) yenidən Gənc Mühafizəkarların sədri seçilməsi münasibətilə təbrik edib, onun təmsil etdiyi təşkilatla AAC arasında sıx əlaqələri dəstəkləməyə çağırıb. T. Heydərov bildirib ki, Gənc Mühafizəkarlar AAC-ın Avropada mühüm tərəfdaşına çevrilib və bu cür əməkdaşlıq iki ölkə arasında müxtəlif səviyyələrdə körpü yaradılmasına töhfə verir.

Qeyd edək ki, builki konfransın mövzusu “Ailə Gələcək Kimi” olub. Almaniyanın Kansleri Angela Merkel, əmək naziri Ursula fon der Leyen (Ursula von der Leyen), Bavariya torpağının prezidenti Horst Sihofer (Horst Seehofer) və digər şəxslər konfransın nümayəndələri arasında olublar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR