ABŞ-dakı Azərbaycan diasporu: “Ötən il Azərbaycan diasporu üçün nailiyyətlərlə yadda qalıb”

ABŞ-dakı Azərbaycan diasporu: “Ötən il Azərbaycan diasporu üçün nailiyyətlərlə yadda qalıb”
# 03 yanvar 2011 13:50 (UTC +04:00)
Vaşinqton. İzabel Levin- APA. “2010-cu il Amerika azərbaycanlıları və türk diasporu üçün nailiyyətlərlə dolu il kimi yaddaşlarda qalacaq”. Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə Azərbaycanın ABŞ-dakı diasporundan verilən məlumatda bildirilib. Məlumatda xatırlanıb ki, 2010-cu ildə Azərbaycan diasporu Nevada ştatında 31 Mart Azərbaycanlıların Soyqırımı gününün rəsmi qeyd olunmasına nail olub.
Həmçinin, yadda qalan məqamlar arasında ABŞ Siyahıyaalma Bürosunun Türk-Amerika və Azərbaycan-Amerika diaspor təşkilatlarını 2010-cu ildə siyahıyaalınma üzrə rəsmi tərəfdaşı kimi tanıması qeyd olunub. Məlumatda o da bildirilib ki, ötən il ABŞ-dakı Azərbaycan diasporu Vaşinqtonda və Floridada keçirilən Türk Festivalını dəstəkləyib və burda iştirak etməyə davam edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR