Gürcüstanda taksi və avtobuslarda gediş haqqı artırılacaq

Gürcüstanda taksi və avtobuslarda gediş haqqı artırılacaq
# 06 yanvar 2011 15:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Yanvarın 10-dan Gürcüstanda taksi və avtobuslarda gediş haqqı artırılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Tiflisin Pirosmani küçəsində Rustavi-Tiflis marşrut taksilərinin 80-ə yaxın sürücüsü tətil elan edərək gediş haqqının artırılmasına etirazlarını bildiriblər. Sürücülər deyiblər ki, yanacağın bahalaşması və digər çəkilən xərclər avtomobilləri saz vəziyyətdə saxlamağa imkan vermir.

Azərbaycanlıların kompakt yaşadığı kəndlərə işləyən marşrut avtobusları isə indidən gediş haqqını artırıblar. Məsələn, Marneuli şəhərindən Sadaxlı kəndinə gedən marşrutun haqqı əvvəllər 1 lari idisə, indi sürücülər sərnişinlərdən 1,5 lari alırlar. Marneuli-Tiflis marşrutunun gediş haqqı hələlik sabit qalıb. Marneuli şəhəri daxilində avtobusların gediş haqqı isə 10 tetri artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR