İlqar Hacıyev: “Bir çox azərbaycanlı miqrant Rusiyada iş axtarandan işəgötürənə çevrilib”

İlqar Hacıyev: “Bir çox azərbaycanlı miqrant Rusiyada iş axtarandan işəgötürənə çevrilib”
# 11 yanvar 2011 12:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Rusiyada xarici ölkə vətəndaşlarının bazarlarda, xırda alver nöqtələrində spirtli içkilər və farmakoloji məhsullarının satışı ilə məşğul olmasına qoyulan qadağa azərbaycanlılara xüsusi təsir etməyib”. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva bölməsinin rəhbəri İlqar Hacıyev APA-ya bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur. O xatırladıb ki, bu qanunun tətbiqinə 2007-ci ildən hazırlıq gedir: “Ötən iki-üç il ərzində bizim vətəndaşlarımız artıq böyük və kiçik sahibkarlara çevriliblər, buraya uyğunlaşıblar. Qadağalar “palatka”lara, pavilyonlara aiddir, stasionar mağazalar və univermaqlara aid deyil”.

İ. Hacıyev deyib ki, bir çox azərbaycanlı miqrant Rusiyada artıq iş axtarandan işəgötürənə çevrilib. O, miqrantların işlə təmin olunmasında müəyyən çətinliklərin yaranması, onlara qoyulan kvotanın azalması ilə yanaşı, Rusiyada miqrantlara ehtiyacın və tələbatın artığını da söyləyib: “İdmançılara, mühəndislərə, zavod və fabriklərdə çalışa biləcək adamlara ehtiyac var”.

İ. Hacıyev onu da əlavə edib ki, yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında miqrasiya sahəsində saziş imzalanacaq. Bu sənəd miqrantların üzləşdiyi problemlərin həllində hüquqi baza rolunu oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR