Türkiyənin Ərzin və Azərbaycanın Quba rayonlarının qardaşlaşmasına dair protokol imzalanıb

Türkiyənin Ərzin və Azərbaycanın Quba rayonlarının qardaşlaşmasına dair protokol imzalanıb
# 14 yanvar 2011 10:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Hatay vilayətində yerləşən Ərzin rayonunun Azərbaycanın Quba rayonu ilə qardaşlaşmasına dair niyyət protokolu imzalanıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev məlumat verib. Sənədin imzalanması Narenciyə Mədəniyyət və Sənət Festivalı və bölgənin düşmən işğalından azad edilməsinin 89-cu ildönümü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində baş tutub. Protokolu Azərbaycan tərəfdən V. Hacıyev, Türkiyə tərəfdən Ərzin icra nümayəndəsi (kaymakamı) İsgəndər Yöndən və Ərzin bələdiyyə sədri Qasim Şimşək tərəfindən imzalanıb. V. Hacıyevin sözlərinə görə, protokolun imzalanma mərasiminə həmin vaxt bölgədə səfərdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, həmçinin Ədalət və İnkişaf və Milliyyətçi Hərəkat partiyalarından olan deputatlar da qatılıb.

V. Hacıyev onu da qeyd edib ki, hazırda Türkiyənin 8 şəhəri və inzibati bölgəsi ilə Azərbaycanın şəhər və rayonları arasında qardaşlaşmaya dair Niyyət protokolları mövcuddur. Bununla bağlı sazişlərin isə Bakıda keçiriləcək Dünya azərbaycanlılarının III Qurultayı çərçivəsində imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR