Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında azərbaycanlı tələbələr də iştirak ediblər - FOTO

Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında azərbaycanlı tələbələr də iştirak ediblər - <font color=red>FOTO</font>
# 24 yanvar 2011 07:18 (UTC +04:00)
Bakı-APA. Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetində (MAU) təhsil alan azərbaycanlı tələbələr universitetdə keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan mədəniyyətini təbliğ ediblər. MAU-nun tələbəsi Rəşad Mehbalıyevin APA-ya verdiyi məlumata görə, 30-a yaxın ölkənin qatıldığı bu festivalda həftə boyunca universitetin foyesində nümayiş etdirilən fotolardan ibarət stenddə Azərbaycan yeməklərinin, rəqslərinin və Bakının fotoları yerləşdirilib. Həftə sonu universitetin yataqxanasında yeməkxanada Azərbaycan yeməkləri verilib. Yeməkxanada səsləndirilən musiqilər arasında Azərbaycan xalq mahnıları, muğamlar və müasir estrada musiqiləri də yer alıb. Tədbirin əsas hissəsi olan mədəniyyətlərin təqdimat mərasimində Azərbaycan üçün xüsusi olaraq ayrılmış stenddə mədəniyyətimizi əks etdirən fotolar, stolda isə Azərbaycana aid açıqcalar, milli yeməklə, şirniyyatlar, atributlar iştirakçılara təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Macar-Azərbaycan Dostluq Cəmiyyəti dəstək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR