“Qarabağ həsrəti” adlı ictimai müzakirələr keçirilib

“Qarabağ həsrəti” adlı ictimai müzakirələr keçirilib
# 25 yanvar 2011 12:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı (GT) “Qarabağ həsrəti” adlı ictimai müzakirə keçirib. APA-nın məlumatına görə, DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli deyib ki, Azərbaycan torpaqlarında yaradılan Ermənistan XX əsrin sonlarında yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib. Bu işğal siyasəti 20 ildir davam edir və DAK GT 25-ə yaxın ictimai təşkilat rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə tədbir keçirib, yekdil münasibətin ortaya qoyulması niyyətindədir. DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli çıxışında Qarabağ probleminin həllində beynəlxalq təşkilatların fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Azərbaycan milli iradə nümayiş etdirərək, işğal olunan torpaqlarını azad edə bilər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Azərbaycan gənclərini düşmənə - ermənilərə nifrət ruhunda tərbiyə almasının vacibliyindən danışıb. A. Nağı deyib ki, Azərbaycan dünya ictimaiyyətinin mövqeyini nəzərə almadan, öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır.

Sonra toplantı mövzu ilə bağlı müzakirələrlə davam etdirilib. Tədbirdə 25-ə yaxın ictimai təşkilatın adından Azərbaycan Prezident Administrasiyasına və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR