Moskvada yaşayan azərbaycanlılar “Domodedovo”da yaralananlara qan verir

Moskvada yaşayan azərbaycanlılar “Domodedovo”da yaralananlara qan verir
# 25 yanvar 2011 12:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Ümumrusiya Azərbaycan Konqresinin Moskva bürosu və Rusiya Azərbaycan Gənclər Təşkilatı Moskvanın “Domodedovo” hava limanında baş vermiş terror nəticəsində yaralanmış insanlara qanvermə kampaniyasına qoşulublar. Konqresin Moskva bürosunun rəhbəri İlqar Hacıyev APA-ya bildirib ki, Azərbaycan diasporasının üzvləri qanvermə məqsədilə yaradılmış 14 məntəqənin hamısında qan verir. O, terror aktı zamanı həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşlarının və soydaşlarımızın olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR