Macar-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib

Macar-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib
# 31 yanvar 2011 09:06 (UTC +04:00)
Bakı-APA. Budapeştdə “Millətlər Evi”ndə Macar-Azərbaycan Dostluq Cəmiyyətinin (MADC) üzvləri ilə Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşlarının görüşü keçirilib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, MADC sədri Svetlana Abdullayeva qurumun üzvlərini təqdim edərək bildirib ki, 1994-cü ildən fəaliyyət göstərən təşkilat Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları barədə informasiya yaymağı qarşısına məqsəd qoyub. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, cəmiyyətin fəaliyyətinə yaxşı bələddir, iki xalqın bir-birini yaxından tanımaları məqsədi daşıyan ümumi işə qurumun hər bir üzvünün şəxsi töhfəsini yüksək qiymətləndirir. Cəmiyyət üzvlərinin 90 faizinin macarlardan ibarət olması sevindirici hal kimi qiymətləndirilib.
V. Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən il macar dilində çapdan çıxmış üçcildlik topludan söz açaraq bildirib ki, nəşrdə Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinə məxsus hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer alıb. Bu qəbildən maraqlı layihələr gələcəkdə də həyata keçiriləcək.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR