Vaşinqtonda ABŞ-ın tanınmış rəssamı, azərbaycanlı Abol Bahadorinın sərgisi təşkil edilib - FOTOSESSİYA

Vaşinqtonda ABŞ-ın tanınmış rəssamı, azərbaycanlı Abol Bahadorinın sərgisi təşkil edilib - <font color=red>FOTOSESSİYA</font>
# 31 yanvar 2011 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Fondunun təşəbbüsü ilə ABŞ-ın paytaxtı Vaşinqtondakı Edison Qalereya Sərgi Salonunda ABŞ-ın tanınmış rəssamı - əslən azərbaycanlı Abol Bahadorinın “Bölünmüş rənglər” adlı sərgisi təşkil edilib. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin açılışında çıxış edən rəssam Abol Bahadori bildirib ki, Azərbaycanın bölünməsi həmişə onun şüurundadır: “Çalışıram ki, bütün bunları parlaq rənglərlə ifadə edəm”.

Sərgiyə Vaşinqton şəhərinin mədəniyyət təşkilatlarının, ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri qatılıb. Tədbir tanınmış rəssamın şərəfinə verilən ziyafətlə davam edib. Sərgidəki əsərlərin satışından əldə olunmuş gəlirin 40 faizi Qarabağ Fonduna ianə edilib.

Qeyd edək ki, A. Bahadori Təbrizdə doğulub. Onun atası Azərbaycanın Qarabağ bölgəsindəndir və Azərbaycan Türkmənçay müqaviləsi nəticəsində İran və Rusiya arasında iki yerə bölündükdən sonra öz ailəsi ilə birgə İrana köçüb. Abol Bahadori Təbrizdə təhsil alıb, daha sonra təhsilini İngiltərənin Mançester şəhərində davam etdirib. O, Filadelfiya İncəsənət Muzeyi, Del Rey Peşəkarları, İsgəndər İncəsənət Liqası və Payız Kilsə İncəsənəti muzeylərinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR