Azərbaycan diasporu İranın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib

Azərbaycan diasporu İranın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
# 07 fevral 2011 06:56 (UTC +04:00)
Federasiyadan APA-ya verilən məlumata görə, aksiyada Azərbaycan icmaları ilə yanaşı, türk diasporunun nümayəndələri, azərbaycanlı və türk tələbələr iştirak ediblər. Aksiya bir saat nəzərdə tutulsa da, iştirakçıların xahişi ilə tədbirin vaxtı daha 30 dəqiqə uzadılıb. Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İran tərəfindən işğalçı Ermənistana qarşı yardımlar göstərilməsinə etirazlarını bildiriblər.
Çıxış edənlər qeyd ediblər ki, İran Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistanla bütün sahələrdə sıx əlaqələr qurur, ona hər cür dəstək verir. Bildirilib ki, İran Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edərək, müstəqil dövlətin daxili işlərinə müdaxilə etmək təşəbbüsü göstərir. Qeyd olunub ki, özünü müsəlman dünyasını təəssübkeşi kimi təqdim edən İranın öz torpaqlarını tərk etməyə məcbur edilmiş bir milyondan çox azərbaycanlının taleyinə biganə qalması, işğal olunmuş Azərbaycan ərazilərində məscidlərin dağıdılmasına reaksiya verməməsi təəccüblü və anlaşılmazdır.
Aksiya iştirakçıları İranda yaşayan azərbaycanlılar ana dilində təhsil almaq, milli mədəniyyətləri, adət-ənənələrini yaşatmaq haqqından məhrum edilməsinə də kəskin etirazlarını bildiriblər.
Tədbirin sonunda aksiya iştirakçiları adından hazırlanmış bəyanat səfirliyin nümayəndəsinə təqdim olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR