Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı konfrans keçirilib

Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı konfrans keçirilib
# 26 fevral 2011 07:37 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin xəbərinə görə, tədbir Amerika Azərbaycan Cəmiyyəti (ASA), Azərbaycan-Amerika Şurası (AAC), Türk-Amerika Assosiasiyaları Assambleyası (ATAA), Vaşinqtonun Amerika-Türk Assosiasiyası (ATA-DC) və Corc Vaşinqton Universitetinin Türk Tələbələr Assosiasiyası (GWU-TSA) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, professor Tomas Qolts, ABŞ-dakı türk diasporunun nümayəndələri və digər natiqlər qeyd ediblər ki, Xocalı XX əsrdə dünyada törədilən ən böyük qətliamlardan biridir.

Natiqlər bildiriblər ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin azərbaycanlılar yaşayan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunub. İşğalçılar şəhərdə etnik təmizləmə aparıb və qətliam törədiblər. Onlar 613 nəfər dinc azərbaycanlını və Ahıska türkünü, o cümlədən 106 qadın və 83 uşağı qətlə yetiriblər. Bu rəqəmlər “Human Rights Watch” təşkilatının məlumatlarından götürülüb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR