İranın Qum şəhərində “Xocalı günü” adlı anım tədbiri təşkil edilib

İranın Qum şəhərində “Xocalı günü” adlı anım tədbiri təşkil edilib
# 27 fevral 2011 10:07 (UTC +04:00)
Bakı-APA. İranın Qum şəhərində yerləşən Beynəlxalq İslam Universitetində bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr “Xocalı günü” adlı anım tədbiri təşkil ediblər. APA-nın xəbərinə görə, tələbələr çıxış edib, Xocalı sakinlərinin başına gətirilən faciələr haqda danışıblar.

Mərasimdə Qarabağ Azadlıq Təşkilatının təqdim etdiyi faktlar diqqətə çatdırılıb.

Mərasimdə şəhidlərin ruhuna surələr oxunub.


Həmçinin universitetdə Xocalı faciəsini əks etdirən sərgi təşkil olunub. Sərgi iştirakçılarına Xocalı faciəsi haqda məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq İslam Universitetində 70-dən çox ölkədən gələn tələbələr təhsil alırlar. Onlar da azərbaycanlı tələbələrin təşkil etdikləri anım mərasiminə qatılıblar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR