Azərbaycanlı üçüncü dəfə Estoniya parlamentinin deputatı seçilib - FOTO

Azərbaycanlı üçüncü dəfə Estoniya parlamentinin deputatı seçilib - <font color=red>FOTO</font>
# 07 mart 2011 10:52 (UTC +04:00)
Bakı-APA. Estoniya Mərkəzçi Partiyasının nümayəndəsi, azərbaycanlı Eldar Əfəndiyev üçüncü dəfə Estoniya parlamentinin deputatı seçilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

E. Əfəndiyev Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunu bitirib. 20 ildən artıq müddət ərzində Narva muzeyinin (1979-1999 və 2001-2002-ci illərdə) direktoru olub. 1999-2000-ci illərdə Narva şəhərinin meri, 2002-2003-cü illərdə əhalinin məskunlaşması işləri üzrə nazir olub. 2004-cü ildən bu günədək Estoniya parlamentinin X və XI çağırışlarının deputatıdır.

O, həmçinin Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının üzvü, Pro Narva Mərkəzi İdarəsi Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü, “Aleksandr kilsəsi”nin Şura üzvüdür.

Eldar Əfəndiyev Estoniyanın 4-cü dərəcəli Dövlət Gerbi ordeni, sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə 3-cü dərəcəli Xaçla, Azərbaycan Respublikasının "Tərəqqi" medalı və digər medallarla təltif olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR