Dağıstan parlamentinə seçkilərdə 4 azərbaycanlı qalib gəlib

Dağıstan parlamentinə seçkilərdə 4 azərbaycanlı qalib gəlib
# 18 mart 2011 14:55 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səsvermə hüququ olan 1 492 564 seçicinin qeyd alındığı bu seçkilərdə 6 partiya mübarizə aparıb. Seçicilərin 70 faizi səsvermədə iştirak edib.

Seçkilərin nəticələrinə görə, Dərbənd şəhərindən iki, Dərbənd rayonundan da iki nəfər azərbaycanlı millət vəkili seçilib. Dərbənd şəhərindən Xanlar Paşabəyov və Nökər Surxayev, Dərbənd rayonundan isə Nəriman Qurbanov və Əhmədxan Qurbanov deputat mandatı qazanıblar.

Xatırladaq ki, Dağıstan parlamentinin ötən çağırışında cəmi bir azərbaycanlı deputat var olub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR