Ukrayna Azərbaycanlı Gənclər Birliyi Novruz şənliyi keçirib

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Novruz şənliyi keçirib
# 21 mart 2011 20:01 (UTC +04:00)
Kiyev-APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyi Novruz bayramı münasibətilə Ukraynanın Nikolayev, Dnepropetrovsk və Kiyev şəhərlərində tədbirlər keçirib. Birlikdən APA-ya verilən məlumata görə, tədbirlərdə Novruz adət-ənənələri barədə qonaqlara məlumat verilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, birliyin sədr müavini Cavid Hüseynzadə, fəal gənclərdən Röya Mirzəyeva, Aysel Nağıyeva və Bəhruz Bağırov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının indi beynəlxalq arenada qeyd olunmasının tarixi əhəmiyyətindən danışıblar.

Bayram şənliyi Novruz süfrəsi ətrafında davam etdirilib .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR