Gürcüstanda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib - FOTO

Gürcüstanda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2011 13:36 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü anılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir iştirakçıları soyqırımında qətlə yetirilənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. AMM-in rəhbəri Fazil Həsənov bu soyqırımının azərbaycanlıların təqviminə əbədi olaraq yazıldığını bildirib.
Tədbirdə çıxış edən Gürcüstan tarixçilər Assosiasiyasının üzvü Nərgiz Nəbiyeva tədbir iştirakçılarını 31 Mart –Azərbaycanlıların Soyqırımı Günü haqqında tarixi faktlara əsaslanaraq məlumat verib.
Tədbirdə çıxış edən ziyalılar, müəllimlər, mətbuat nümayəndələri və gənclər faciə barədə Gürcüstanda daha geniş məlumatların yayılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə Kəpənəkçi kənd sakini İsrafil Acalov, kənd müəllimi Sihrab Məmmədov, AMM-in maarif şöbəsinin müdiri Mikayıl Mustafayev və başqaları çıxış ediblər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR