Sabir Rüstəmxanlı Kazanda məşhur tatar şairi Qabdulla Tukayın 125 illik yubileyinə həsr olunan konfransda çıxış edib

Sabir Rüstəmxanlı Kazanda məşhur tatar şairi Qabdulla Tukayın 125 illik yubileyinə həsr olunan konfransda çıxış edib
# 27 aprel 2011 15:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycandan geniş tərkibli nümayəndə heyəti məşhur tatar şairi Qaybulla Tukayın 125 illik yubileyinə həsr olunan mərasimdə iştirak etmək üçün Kazanda səfərdədir. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, xalq yazıçısı Anar, Qabdulla Tukayın tərcüməçisi Məmməd Kazım, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları daxildir. 2011-ci ili «Qaybulla Tukay ili» elan edən Tatarıstanda yubiley dövlət səviyyəsində və çox böyük təntənə ilə qeyd edilir. Dünən yubiley mərasimi çərçivəsində keçirilən elmi-praktik konfransda Sabir Rüstəmxanlı nümayəndə heyəti adından geniş məruzə ilə çıxış edib. Bir çox rəsmilərlə görüşən Azərbaycan nümayəndə heyətini bu gün Tatarıstan prezidenti Rüstəm Minnixanov qəbul edib. Görüşdə məşhur tatar şairi Qaybulla Tukayın yaradıcılığı, iki qardaş ölkə arasında qarşılıqlı mədəni əlaqələr, ədəbiyyat və incəsənəət sahəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib. S. Rüstəmxanlı səfər çərçivəsində Kazanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri ilə Azərbaycan Mədəniyyət Mərkəzində görüş keçirib, diasporun işi ilə bağlı fikirlərini bölüşüb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR