Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mini-futbol üzrə keçirilən “Birlik kuboku”nda azərbaycanlılardan ibarət komanda qalib gəlib - FOTO

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mini-futbol üzrə keçirilən “Birlik kuboku”nda azərbaycanlılardan ibarət komanda qalib gəlib - <font color=red>FOTO</font>
# 26 may 2011 13:10 (UTC +04:00)
Bakı-APA. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) mini-futbol üzrə keçirilən “Birlik kuboku”nda azərbaycanlılardan ibarət komanda qalib gəlib. APA-nın MDBMİ-nin saytına istinadən yaydığı məlumata görə, mübarizədə ikinci yeri Əfqanıstan komandası tutub. Ukrayna və İsrail komandaları isə öz aralarında üçüncü və dördüncü yerləri bölüşüblər.
İnstitutun kütləvi-idman işi üzrə bədən tərbiyəsi kafedrası müdirinin müavini A.V. Andreyev MDBMİ-nin xarici və rus tələbələrinin öz güclərini mini-futbolda sınadığını bildirib. İki gün ərzində idman kompleksində 17 komanda ən yaxşı adını qazanmaq uğrunda yarışıb. O, qeyd edib ki, bu turnirdə ən balanslaşdırılmış komandalardan biri Azərbaycan komandası olub.
Turnirdə birinci yeri tutan Azərbaycan klubunun kapitanı Elvin Əhmədov yarışda iştirak edən rəqiblərin güclü olduğunu, mübarizənin qızğın keçdiyini bildirib: “Hər bir komanda kimi, biz də heç də həmişə hakimlərin qərarları ilə razılaşmırdıq. Mübahisəli məqamlar olurdu. Ümumiyyətlə, hər şey əla keçdi”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR