İsveç hökuməti azərbaycanlı ailənin deportasiya edilməsi barədə qərar qəbul edib

İsveç hökuməti azərbaycanlı ailənin deportasiya edilməsi barədə qərar qəbul edib
# 20 iyul 2011 07:45 (UTC +04:00)
APA-nın məlumatına görə, İsveç Qaçqınlar Nazirliyinin qərarı ilə 7 il əvvəl Azərbaycanda «hakimiyyət tərəfindən təqib olunmasını» əsas gətirərək, bu ölkəyə mühacirət etmiş Zərrabi Kərimov, həyat yoldaşı Sülhiyyə Kərimova və övladları Rüstəm və Azad Kərimovlar İsveçdən çıxarılacaq.

Nazirlik bu qərarı qəbul edərkən Azərbaycanda həmin ailənin əsas gətirdiyi diktatura rejiminin olmadığını əsas gətirib.

Nazirliyin ailənin böyük oğlunun universitetdə təhsilini davam etdirə bilməsi üçün 3-cü dünya ölkələri üçün müəyyənləşdirilmiş illik 390 İsveç kronu tələb etməsinə etiraz olaraq Kərimov ailəsi və qohumları nazirliyin qarşısında aksiya keçiriblər.

Əllərində “İsveçin insan haqlarına hörmət edən ölkə olduğunu zənn edirdik”, “Uşaqların günahı nədir, İsveçdə insana qiymət verilirmi?” plakatları tutan Kərimovlar ailəsi və qohumları yarım saat sonra dağılışıblar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR