Batumidə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilir - FOTOSESSİYA

Batumidə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilir - <font color=red> FOTOSESSİYA </font>
# 28 avqust 2011 14:14 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və təşkilatçılığı ilə keçirilən konfransda öncə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən DİDK sədri Nazim İbrahimov iki gün davam edəcək, Azərbaycan və gürcü dillərində aparılacaq konfransda Azərbaycanın müstəqillik əldə etdiyi müddətdə qazandığı nailiyyətlərə qiymət veriləcəyini bildirib. O, tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını bildirib. “Bizim xalqlarımızı dərin tarixi köklərə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan və gürcü xalqlarının müstəqillik tarixləri də oxşar mərhələdən keçib. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqları eyni tarixi talelər yaşayıb. Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 Aprel faciələri xalqlarımızın şərəfli tarixi qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacaq. Ötən əsrin doxsanıncı illərində hər iki ölkədə baş qaldıran etnik separatizm çox ağır itkilərə səbəb olan münaqişələrlə nəticələnib. Bu münaqişə nəticəsində Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulub, minlərlə insan həyatını itirib. Bütün bunlara baxmayaraq, xalqlarımız öz müstəqilliyini qoruyub saxlayaraq müasir dünyaya sürətlə inkişaf etməkdədir”.

N. İbrahimov gürcü və Azərbaycan xalqlarını yalnız tarixi dostluq əlaqələri deyil, həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr birləşdirdiyini deyib: “Azərbaycan və Gürcüstanın iştirakı olmadan bu gün həyata keçirilən transregional layihələrin reallaşdırılması mümkün deyil. Bizi eyni zamanda milli maraqlar da birləşdirir”.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitaya, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Hüseyn Nəcəfov, Azərbaycan Milli Məclisinin deputatları Musa Qasımov, Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova və başqa şəxslər də çıxış ediblər.

Konfransda Gürcüstanda fəaliyyət göstərən cəmiyyətlər və QHT-lər tərəfindən dövlət komitəsinin dəstəyi ilə nəşr edilən kitabların və qəzetlərin sərgisi də təşkil edilib.

Ə. Həsənov jurnalistlərə açıqlamasında Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı dost Gürcüstanın Batumi şəhərində keçirilən tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Ayrı-ayrı sahələr üzrə iyirmi ildə nail olduğumuz və gördüyümüz işlər, nailiyyətlərimiz, yürüdülən dövlət siyasəti və onun nəticələri, Cənubi Qafqazdakı ümumi siyasi-sosial inkişafda Azərbaycanın payı və töhfələri haqqında söhbətlər açıldı. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən Cənubi Qafqazda başladığı sülh və barış siyasəti, o cümlədən Azərbaycanın yeni neft strategiyası, bunun Cənubi Qafqaz xalqlarına gətirdiyi siyasi-iqtisadi dividentlər, Cənubi Qafqazın inkişafında Azərbaycanın rolu və digər məsələlər konfransda geniş müzakirə olundu. Həm Azərbaycan, həm də Gürcüstanı təmsil edən ayrı-ayrı sahələrin dövlət qulluqçuları, məmurlar, o cümlədən, müxtəlif sahələr üzrə analitiklər, millət vəkilləri, Gürcüstanı təmsil edən diaspor naziri, qubernator, Acarıstanın iqtisadi inkişaf naziri və digər rəsmi şəxslər Azərbaycanın bugünkü inkişafı ilə bağlı mövcud reallıqları çox gözəl təhlil etdilər. Sabah Gürcüstan azərbaycanlılarının problemləri və onların Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələlərini müzakirə edəcək, həm Azərbaycandan gələn nümayəndə heyətinin üzvləri, o cümlədən Gürcüstan tərəfini təmsil edən, bilavasitə diaspora rəhbərlərinin çıxışlarını dinləyəcəyik. Gürcüstan və Azərbaycan arasında gələcək münasibətlərin, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində gələcək münasibətləri biz birlikdə müzakirə edəcəyik”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR