Rusiyada azərbaycanlı inşaatçı şəhər bələdiyyəsinin deputatı seçilib - FOTO

Rusiyada azərbaycanlı inşaatçı şəhər bələdiyyəsinin deputatı seçilib - <font color=red>FOTO</font>
# 07 mart 2012 09:30 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyada martın 4-də preizdent seçkiləri ilə yanaşı şəhər bələdiyyələrinə də seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, azərbaycanlı inşaatçı Əlizaman Rəhimov Domodedovo şəhər dairəsi deputatlar sovetinin üzvü seçilib. O, “Vahid Rusiya” (“Yedinnaya Rossiya”) Partiyasının siyahısı ilə deputat olub.

Qeyd edək ki, Ə. Rəhimov Domodedovo şəhərində xeyriyyəçilik fəaliyyətinə görə tanınır. O, öz vəsaiti hesabına yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə məktəb, xəstəxana və bağça tikdirib. Fəaliyyətinə görə Rusiya rəhbərliyi tərəfindən mükafatlandırılan Ə. Rəhimov keçən il Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həm də Moskva ətrafında yerləşən Domodedovo şəhərindəki “Kaspi” diaspor təşkilatının rəhbəridir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR