Sabir Rüstəmxanlı: “Diaspor fəaliyyətinə ayrılan maliyyə vəsaiti yetərli deyil”

Sabir Rüstəmxanlı: “Diaspor fəaliyyətinə ayrılan maliyyə vəsaiti yetərli deyil”
# 28 mart 2012 13:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İndiki məqamda diaspor fəaliyyətinə ayrılan maliyyə vəsaiti yetərli deyil”. APA-nın məlumatına görə, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın Qarabağ və Güney Azərbaycan kimi ciddi fəaliyyət tələb edən problemləri mövcuddur: “Bu problemlərin dünya dövlətlərinə və ictimaiyyətinə çatdırılması üçün çoxlu vəsaitlər nəşr olunmalı, tədbirlər keçirilməli, konfranslar təşkil edilməli və addımlar atılmalıdır. Bu işlər hamısı maliyyə tələb edir. Ona görə də bu sahəyə nə qədər çox səxavətlə yanaşılsa, o qədər yaxşı olar”.

S. Rüstəmxanlı dövlətin diaspor üçün ayırdığı maliyyə vəsaitinin diaspor təşkilatlarına çatdırılması prosesində DAK-ın iştirak etmədiyini deyib: “Bizim diasporun ermənilərlə müqayisədə o qədər pulu yoxdur. Ermənilərdən fərqli olaraq, soydaşlarımız xarici ölkələrə maddi sıxıntı üzündən gediblər. Ola bilər nə zamansa azərbaycanlıların da özlərini maliyyələşdirməyə imkanı olar. Yəqin ki, Avropada yaşayan ikinci, üçüncü nəsil bu işləri görə biləcək. Ermənilərlə azərbaycanlıların diaspor təşkilatlarının müqayisəsini düzgün hesab etmirəm”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR