Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçiriləcək

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçiriləcək
# 05 iyun 2012 08:44 (UTC +04:00)
Bakı – APA. İyunun 7-də İsrailin Tel-Əviv şəhərində “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçiriləcək. Qurultayda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir. Komitədən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Asim Mollazadə, Yevda Abramov və Fərəc Quliyev daxildir.

Qurultaya İsrail baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman, absorbsiya naziri xanım Sofa Landver, turizm naziri Stas Misejnikov, “Bizim Evimiz İsrail” Partiyasının baş katibi, xanım Faina Kirşenbaum, Knessetin Təhsil, mədəniyyət və idman komissiyasının sədri Aleks Miller, İsrailin Belarusdakı səfiri İosif Şaqal, Knessetin deputatları Orit Zuareç, Nino Abesadze və başqaları dəvət olunublar.

Xatırladaq ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası 2007-ci ildə təsis olunub. Təsis qurultayında o zaman Knessetin deputatı olan əslən bakılı İosif Şaqal assosiasiyanın prezidenti seçilib. 2012-ci ilin yanvar ayında İ. Şaqal İsrailin Belarusdakı səfiri səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar qurumun prezidenti vəzifəsini tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR