Türkiyə Gənclik Birliyi Berlində “soyqırım” böhtanlarına qarşı mitinq keçirəcək

Türkiyə Gənclik Birliyi Berlində “soyqırım” böhtanlarına qarşı mitinq keçirəcək
# 08 iyun 2012 07:32 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Türkiyə Gənclik Birliyi Almaniyanın paytaxtı Berlində 1915-ci ildə Şərqi Anadoluda yaşanmış hadisələri “soyqırım” kimi xarakterizə etmək cəhdlərinə qarşı mitinq keçirəcək. Tələt Paşa Komitəsinin sözçüsü Cüneyt Akalın APA-ya açıqlamasında Avropadakı azərbaycanlı gənclərin də Berlindəki mitinqdə iştirakının vacibliyini vurğulayıb: “İşçi Partiyasının sədri Doğu Perinçəkin İsveçrəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməsi ilə bağlı qərarın bu yaxınlarda elan edilməsini gözləyirik. Perinçəkin şikayəti İsveçrənin Avropada söz və ifadə azadlığını məhdudlaşdırması ilə bağlıdır. Məhkəmə İsveçrədən də öz müdafiəsini sadəcə “söz və ifadə azadlığını məhdudlaşdırmağa cəhd” suçlaması üzərində qurmasını tələb edib. Biz Strasburqdan obyektiv qərar çıxacağına inanırıq. Əgər AİHM İsveçrəni söz və ifadə azadlığını məhdudlaşdırdığına görə cəzalandırarsa, o qərar Avropa Şurasının üzvü olan bütün ölkələr üçün keçərli olacaq. Ona görə də gəldiyimiz mərhələ hamımız üçün çox mühüm əhəmiyyət kəsb edir. AİHM-dən çıxacaq olan qərara gör, “soyqırım” böhtanlarının daha da şiddətlənəcəyi 2015-ci il üçün mübarizə taktikamızı müəyyənləşdirəcəyik. Bu mübarizədə azərbaycanlı qardaşlarımızla birlikdə olmağı çox istəyirik, çünki XX əsrin axırlarında Xocalıda yaşanmış soyqırım və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində 1 milyon qardaşımızın ata-baba yurdundan didərgin düşməsi zəmanəmizin ən böyük fəlakətlərindən biridir”.

Qeyd edək ki, İşçi Partiyasının sədri Doğu Perinçək 2005-ci il iyulun 23-də İsveçrənin Lozanna şəhərində keçirilən mitinqdə “Erməni soyqırımı beynəlxalq yalandır”- dediyinə görə İsveçrə məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilmiş, daha sonra həbs cəzası maddi cəzaya çevrilmişdi. Perinçəkin vəkili Mehmet Cengiz Avropa İnsan Haqları Məhkəməsinə şikayət edərək bu ölkənin “söz və ifadə azadlığını tapdaması” səbəbiylə cəzalandırılmasını tələb etmişdi. Məsələ ilə bağlı AİHM Türkiyənin rəsmi mövqeyini istəmiş, xarici işlər naziri Əhməd Davutoğlunun imzasıyla 12 sentyabr 2011-də Strasburqa göndərilən məktubda İşçi Partiyasının sədri Doğu Perinçəkin mövqeyi müdafiə edilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR