Gürcüstan baş prokurorunun birinci müavini Marneulidə azərbaycanlı gənclərlə görüşüb - FOTO

Gürcüstan baş prokurorunun birinci müavini Marneulidə azərbaycanlı gənclərlə görüşüb - <font color=red>FOTO</font>
# 08 iyun 2012 11:49 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki Mədəniyyət Evində azərbaycanlı gənclərlə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə baş tutan görüşdə Gürcüstan baş prokurorunun birinci müavini David Sağvarelidze çıxış edib.

Baş prokurorun birinci müavini azərbaycanlılarla ikinci dəfədir ki, görüşdüyünü və Baş Prokurorluq nəzdində fəaliyyət göstərən İctimai Şura üzvlərinin azərbaycanlı vətəndaşları dinləməyə, onların problemləri ilə həmişə tanış olmağa hazır olduqlarını, eyni zamanda gənclərin gələcəkdə prokurorluq və hüquq-mühafizə sistemində işlə təmin edilməsinə şərait yaradılacağını deyib. O, görüşdə iştirak edən gənclərin müxtəlif mövzuda suallarını cavablandırıb. D. Sağvarelidze hüquq fakültəsini bitirən azərbaycanlı gənclərlə Marneulidə tikilən Ədliyyə Evində hüquq sahəsində treninqlər keçiriləcəyini, onlara prokurorluğun iş təcrübəsinin öyrədiləcəyini və onların gələcəkdə hüquq-mühafizə sistemində işə qəbul olunacağını bildirib.

Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyinin müşaviri Savalan Mirzəyev, Marneuli rayon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekoenidze və digər rəsmi şəxslər iştirak edib.

D. Sağvarelidze APA-ya açıqlamasında oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərinə də münasibət bildirib. O, seçkilərdə seçicilərin müxalifət partiyaları və digər şəxslər tərəfindən pulla satın alınmasına yol verilməyəcəyini vurğulayıb: “Bu üsula biz heç vaxt imkan verməyəcəyik. Seçkilərin şəffaf keçirilməsinə nail olacağıq. İnanıram ki, Gürcüstanda yaşayan azərbaycanlılar da digər ölkə vətəndaşları kimi Gürcüstanın çiçəklənməsinə və demokratiya yolu ilə irəliləməsinə səs verərək bir daha öz iradələrini nümayiş etdirəcəklər”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR