Gürcüstanda Qurtuluş Günü münasibətilə Azərbaycan haqqında film nümayiş olunub - FOTO

Gürcüstanda Qurtuluş Günü münasibətilə Azərbaycan haqqında film nümayiş olunub - <font color=red>FOTO</font>
# 15 iyun 2012 16:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflis (Gürcüstan) şəhərindəki “Redisson” mehmanxanasında Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn açaraq çıxış edib. Səfir Azərbaycan, Heydər Əliyevin həyat yolu və Azərbaycanın inkişafındakı böyük xidmətləri, “İpək Yolu” layihəsi və Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra səfir “Gürcüstan-Azərbaycan diplomatik əlaqələrinin 20 illiyinə həsr edilən “Azərbaycanın Müstəqillik Günü” adlı sənədli filmin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edib. Azərbaycan səfirliyinin dəstəyi ilə çəkilən filmin yaradıcılarından rejissor Beka İsayev Avarski, müəlliflərdən İrina Kavlaşvili və Georgi Strua çıxış edərək Azərbaycanın son 20 ildə böyük inkişafından, paytaxt Bakının gözəlliyindən danışıblar. Sonra 21 dəqiqəlik film nümayiş etdirilib.
Filmin rejissoru, Gürcüstanın İTV kanalının proqramlar şöbəsinin direktoru Beka İsayev Avarski jurnalistlərə açıqlamasında Azərbaycan xalqının xoşbəxt bir xalq olduğunu bildirib: “Azərbaycan xalqı hər gün inkişaf görür. Mən Azərbaycan haqqında iki film çəkmişəm. Bunlardan biri 2011-ci ildə çəkdiyim “Azərbaycan Respublikası Günü” adlı film İctimai Kanal vasitəsilə gürcü tamaşaçılarına çatdırılıb. İkinci film isə bu gün təqdim olunub. Bu filmlər gürcü tamaşaçı üçün çox maraqlıdır. Çünki onlar dost, qardaş ölkənin yüksək templə inkişafını görür və dünya səviyyəsində olan göstəriciləri ilə tanış olurlar. Lakin Azərbaycan xalqı üçün gürcü jurnalistlərinin onların ölkəsi haqqında film çəkməsi maraqlıdır. Azərbaycan xalqı xoşbəxt bir xalqdır. Onun Heydər Əliyev kimi lideri var. Bu böyük insan keçmişlə gələcəyi birləşdirib. O, Azərbaycan xalqının oğlu, həm də dünya vətəndaşıdır. Azərbaycanın inkişafı nağıla bənzəyir, bu ölkə möcüzələr ölkəsidir”.
Tədbirdə gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri, ziyalılar, hakimiyyət və müxtəlif partiyaların nümayəndələri, səfirlik əməkdaşları, ARDNŞ-ın əməkdaşları və jurnalistlər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR