Gürcüstan parlamentinin sədri azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərinə səfər edib - FOTO

Gürcüstan parlamentinin sədri azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərinə səfər edib - <font color=red>FOTO</font>
# 16 iyun 2012 16:44 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin sədri David Bakradze iyunun 16-da azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlament sədri Qardabani parkında şəhər və ətraf kəndlərdən gələn kənd sakinləri, məktəb müəllimləri və təqaüdçülərlə görüşüb, sakinlər qarşısında çıxış edib.

Parlament sədri təkcə Qardabani rayonunda deyil, eyni zamanda bölgədə ən vacib problemlərdən biri olan suvarma suyu çatışmazlığının tezliklə həll ediləcəyini bildirib: “Sizi narahat edən problemlər haqqında xəbərim var. Bizim də çalışdığımız odur ki, sizi narahat edən problemlər öz həllini tapsın. Buna görə də biz kabinetdən çıxıb sizin görüşünüzə gəlmişik. Bu il suvarma suyu probleminin həll edilməsinə başlanacaq və gələn il bu məsələ tam həll olunacaq. Biz azərbaycanlıların, eyni zamanda gürcülərin yaşadığı bölgələrdə su problemini birdəfəlik həll edəcəyik. Qazlaşdırma prosesi də sona yetir, yollar çəkilir, yeni xəstəxana fəaliyyət göstərir. Gələn il hələ təmir edilməmiş məktəblər üçün yeni layihə həyata keçiriləcək və bütün məktəblər təmir ediləcək”.

D. Bakradze sosial və səhiyə sahəsindəki problemlərin həllinə çalışdıqlarını da sakinlərin nəzərinə çatdırıb. O, bütün problemlərin bir anda həllinin mümkün olmadığını söyləyib: “On il bundan əvvəl dağıdılmış və avadanlığı xaricə satılmış ölkədə yaşamaq mümkün deyildi. Əhali polis, yol müfəttişi görəndə qorxurdu, işıq yox idi, yollar bərbad vəziyyətdə idi, içməli su yox idi, ümumiyyətlə, heç nə yox idi. Biz sıfırdan başladıq və indiki səviyyəyə gəldik. Hələ biz yoxsul ölkəyik, hələ bizim nəyəsə ehtiyacımız var. Xalqımızın problemləri çoxdur. İşsizlik böyükdür. Sentyabr ayında pensiyalar artacaq və onu yenə artırmaq lazım olacaq. Kompensasiyalar yüksələk. Proses davam edir. Bir ilə ölkəni qurmaq mümkün deyil. Bunun üçün illər lazımdır. Keçmişdə hər bir gün bizi uçuruma aparırdı. İndi hamı bir gün ötəndə bilir ki, nəsə həll edilir, inkişaf baş verir. Bu, vacibdir. Bu, hamımızı sevindirir”.

Görüşdə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov, Qardabani Rayon İcra Hakimiyyətinin başçısı Zviad Epitaşvili, rayon bələdiyyəsinin sədri Temur Pekirişvili və digər rəsmilər iştirak edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR