Bakıda dağ yəhudilərinin STMEGİ xeyriyyə fondunun nümayəndəliyi fəaliyyətə başlayıb

Bakıda dağ yəhudilərinin STMEGİ xeyriyyə fondunun nümayəndəliyi fəaliyyətə başlayıb
# 22 iyun 2012 09:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, Semyon İxiilov fondun Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunub.

S. İxiilov deyib ki, nümayəndəlik 2012-2015-ci illər üçün əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsi üzrə ətraflı proqram hazırlayıb. Prioritet istiqamətlər sırasında Azərbaycanda yəhudi tarixi-mədəniyyət irsinin qorunması və beynəlxalq elmi-mədəni əməkdaşlıq da var. Bu vəzifələrin həyata keçirilməsi üçün fond Azərbaycan ərazisində bir neçə elmi-tədqiqat ekspedisiyası yaratmağı planlaşdırır. Məqsəd yəhudi tarixi-mədəniyyət irsinə aid abidələrin tapılması, öyrənilməsi və qorunmasıdır. Bu il avqustun sonunda Qırmızı Qəsəbədə Azərbaycan dağ yəhudiləri muzeyinin yaradılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR