Belçikada Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyi fəaliyyətə başlayıb

Belçikada Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyi fəaliyyətə başlayıb
# 22 iyun 2012 10:23 (UTC +04:00)
Bakı-APA. Belçikada Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyi fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərnəyin açılış mərasimində Avropada fəaliyyət göstərən Azərbaycan-Türk diaspor qurumları, media mənsubları, iş adamları, Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edənlər belə bir qurumun yaranmasının vacibliyini qeyd edərək, Qarabağ məsələsinin Belçikada sistemli şəkildə tanıtmağın zəruriliyini, xüsusilə, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində fəallıq göstərəcəyini söyləyiblər.
İş adamı Abbas Ucar dərnəyin sədri, Süleyman Öztürk isə müavin seçiliblər. Abbas Ucar Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri və Ermənistanın işğalçılıq siyasətinin Avropada ifşasının dərnəyin fəaliyyətinin əsas istiqaməti olacağını bildirib: “Dünya Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu görməli və BMT-nin Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməsi icra olunmalıdır. Bu gün bölgədə ədalətsizlik hökm sürür. Ermənistana qarşı təzyiqlər artmalıdır ki, işğalçılıq siyasətindən geri çəkilsin. Biz Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərimizi güclü şəkildə quracağıq. Bunun üçün bu təşkilatı qurduq və bunun uyğunda addımlar atılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR