Azərbaycan vətəndaşları 15 iyul-31 oktyabr tarixləri arasında Monteneqroya vizasız səfər edə biləcəklər

Azərbaycan vətəndaşları 15 iyul-31 oktyabr tarixləri arasında Monteneqroya vizasız səfər edə biləcəklər
# 25 iyun 2012 11:05 (UTC +04:00)
Bakı – APA. Monteneqro hökumətinin 2012-ci ilin 21 iyun tarixində keçirilmiş növbəti iclasında “2012-ci ilin 15 iyul - 31 oktyabr tarixləri arasında Monteneqroya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında” qərar qəbul edilib. Azərbaycanın Monteneqrodakı səfirliyindən APA-ya verilən məlumata görə, qərara əsasən, etibarlı adi ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları bu tarixlər arasında vizasız 30 gün müddətində Monteneqro ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və yaşaya bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR