Sankt-Peterburqda müsəlman təşkilatları arasında beynəlxalq futbol turniri keçirilir

Sankt-Peterburqda müsəlman təşkilatları arasında beynəlxalq futbol turniri keçirilir
# 07 may 2007 11:03 (UTC +04:00)
Sankt-Peterburqda müsəlman təşkilatları arasında beynəlxalq futbol turniri keçirilir. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, “İstoçnik” (“Qaynaq”) İslam Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində müsəlman qurumları arasında beynəlxalq futbol turniri start götürüb. Azərbaycanı bu turnirdə Sankt-Peterburqda yaşayan və təhsil alan gənclərimizdən ibarət “Turan” klubu təmsil edir. Turnir çərçivəsində növbəti oyun mayın 16-da “Obuxovets” stadionunda Qırğızıstanın “Alqa” komandası ilə baş tutacaq. “Turan” futbol klubu Sankt-Peterburq Azərbaycan Gənclər İttifaqının regional ictimai gənclər təşkilatının nəzdində 2006-cı ilin aprelindən fəaliyyət göstərir. 2006-cı ilin iyununda Rusiya Federasiyasının Müstəqillik Gününə həsr edilmiş turnirdə “Turan” komandası bürünc medal qazanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR