“AZƏRROS”: “Moskvada əmək yarmarkasının təşkilində Ümumrusiya Azərbaycanlılar Konqresi iştirak etməyib”

“AZƏRROS”: “Moskvada əmək yarmarkasının təşkilində Ümumrusiya Azərbaycanlılar Konqresi iştirak etməyib”
# 17 may 2007 09:35 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlılar Konqresi dünən Moskvada “AZƏRROS”un ofisində keçirilən əmək yarmarkasının təşkilində iştirak etməyib. Bu barədə APA-ya Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətindən (AZƏRROS) məlumat verilib. Məlumatda bildirilir ki, əmək yarmarkasında iştirakla bağlı Ümumrusiya Azərbaycanlılar Konqresinin rəhbərliyinə rəsmi dəvət məktubu göndərilsə də, onlar tədbirə qatılmayıblar. “AZƏRROS” rəhbərliyi əmək yarmarkasının Moskva şəhər regional əlaqələr və milli siyasət komitəsi və “Regionlararası informasiya-biznes mərkəzi” dövlət qurumu ilə birgə təşkil olunduğunu, Ümumrusiya Azərbaycanlılar Konqresinin bu yarmarkaya heç bir maraq göstərmədiyini deyib. “AZƏRROS” əmək yarmarkasının Ümumrusiya Azərbaycanlılar Konqresi ilə birgə təşkil edilməsi barədə məlumatları rəsmi qaydada təkzib edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR