Azərbaycanlı tələbə Ağəli Alışovun ermənilər tərəfindən güllələnməsi ilə bağlı ballistik ekspertizanın nəticələri hazırdır

Azərbaycanlı tələbə Ağəli Alışovun ermənilər tərəfindən güllələnməsi ilə bağlı ballistik ekspertizanın nəticələri hazırdır
# 17 may 2007 11:03 (UTC +04:00)
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində tədbir zamanı ermənilər tərəfindən azərbaycanlı tələbə Ağəli Alışovun güllələnməsi ilə bağlı ballistik ekspertizanın nəticələri hazırdır. Bu barədə APA-ya Ağəli Alışovun vəkili, “İnteradvokat” Moskva Vəkillər Xidmətinin kollegiyasının prezidenti Namiq Əzimov məlumat verib. Onun sözlərinə görə, ballistik ekspertizanın nəticələri ilə bu gün tanış olacaq. Vəkil istintaq sirri səbəbilə ekspertizanın nəticələrinin açıqlanmayacağını deyib. Qeyd edək ki, Namiq Əzimov dünən istintaqda azərbaycanlı tələbələrin də ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil APA-ya açıqlamasında vəsatətin təmin olunduğunu, azərbaycanlı tələbələrin də istintaqa ifadə verəcəyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR