İsveç Azərbaycan Federasiyası İsveç parlamentinin binası qarşısında piket keçirəcək

İsveç Azərbaycan Federasiyası İsveç parlamentinin binası qarşısında piket keçirəcək
# 18 may 2007 11:13 (UTC +04:00)
İsveç Azərbaycan Federasiyası mayın 22-də İsveç parlamentinin binası qarşısında 2006-cı il mayın 22-də İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı piket keçirəcək. Federasiyadan APA-ya verilən məlumata görə, aksiyada İsveç parlamentindən və dünya birliyindən həmin hadisələrə siyasi qiymət verilməsi tələb olunacaq və beynəlxalq təşkilatlardan azərbaycanlıların hüquqlarının qorunması üçün tədbir görülməsi tələb ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR