Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Azərbaycanda diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Azərbaycanda diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib
# 10 dekabr 2007 12:47 (UTC +04:00)
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası (KAƏA) Azərbaycanda diabet xəstəliyindən müalicə olunan uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib. APA-nın məlumatına görə, Assosiasiyanın təşəbbüsü ilə ikinci dəfə keçirilən bu tədbirə Kanada Diabet Assosiasiyası və Londonda fəaliyyət göstərən Dünya Azəri-Türk Qadınlar Cəmiyyəti də qoşulub. Toplanmış yüksək keyfiyyətli dərmanlarının növbəti partiyası Azərbaycana göndərilib. Bundan əlavə, diabet xəstələri üçün müxtəlif çeşidli məhsullar istehsal edən Kanadanın “Novo Nordisk” və “Lilly” şirkətləri ilə KAEA arasında aparılan danışıqlarda belə humanitar yardımların yaxın gələcəkdə daha da artırılması barədə razılığına gəlinib. Xatırladaq ki, ilk analoji aksiya 2007-ci ilin iyun ayında keçirilib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR