Avropa Azərbaycanlıları Konqresinin prezidenti iqtisadi inkişaf və təhsil nazirləri ilə görüşüb

Avropa Azərbaycanlıları Konqresinin prezidenti iqtisadi inkişaf və təhsil nazirləri ilə görüşüb
# 25 dekabr 2007 15:17 (UTC +04:00)
Bakıda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvü Natiq Ağamirov iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşüb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AAK-ın 2007-2009-cu illər üçün nəzərdə tutulan fəaliyyət proqramı ilə bağlı müzakirələr aparılıb. N. Ağamirov Azərbaycanın iqtisadi inkişaf potensialı və təbii resursları ilə bağlı simpoziumun, XÖYAİDK-nın dəstəyi ilə Avropadakı azərbaycanlı İş adamlarının Forumunun təşkili ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin dəstəyinə ciddi ehtiyac duyulduğunu qeyd edib. H. Babayev AAK-ın fəaliyyətinə dəstək verməyə hazır olduğunu deyib.
N . Ağamirov təhsil naziri Misir Mərdanovla da görüşüb. Görüşdə xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb. Nazir Avropada təhsil alan azərbaycanlı tələbələrin forumunun keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bu tədbirin təşkilinə də dəstək veriləcəyini qeyd edib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR