Milli Məclisin komissiya sədrinin müavini Azərbaycanlı Tələbələrin Fransa Forumunda iştirak edəcək

Milli Məclisin komissiya sədrinin müavini Azərbaycanlı Tələbələrin Fransa Forumunda iştirak edəcək
# 05 fevral 2008 15:16 (UTC +04:00)
Bu gün Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavini Azər Əmiraslanov Azərbaycanlı Tələbələrin Fransa Forumunda iştirak etmək üçün Parisə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə azərbaycanlı tələbələr, Fransa Senatının üzvləri, dövlət nümayəndələri, Fransada yaşayan azərbaycanlılar və Azərbaycan əsilli fransızlar iştirak edəcəklər. Fransa Senatının binasında keçiriləcək forumda “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu”, “Fransada Azərbaycanın maraqlarının təmsil olunması” və digər mövzularda fikir mübadiləsi aparılacaq. A. Əmiraslanov tədbirdə “Neft strategiyası - siyasi, iqtisadi və ekoloji aspektlər” mövzusunda çıxış edəcək. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR