Yekaterinburqda azərbaycanlıların forumu keçiriləcək

Yekaterinburqda azərbaycanlıların forumu keçiriləcək
# 21 fevral 2008 09:49 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Fevralın 24-də Rusiyanın Yekaterinburq şəhərində Orta Ural bölgəsindəki azərbaycanlıların forumu keçiriləcək. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, forum Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin yaranmasının 5 illiyinə həsr olunub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edəcək. Fevralin 27-də isə Vladivostokun “Feski-xoll” konsert zalında Rusiya və Azərbaycan incəsənət xadimlərinin konserti olacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR