Gürcüstanda Xocalı soyqırımı ilə bağlı elmi-praktik konfrans təşkil olunub

Gürcüstanda Xocalı soyqırımı ilə bağlı elmi-praktik konfrans təşkil olunub
# 25 fevral 2008 13:23 (UTC +04:00)
Tiflis. Kəmalə Həsənova-APA. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə İvane Cavaxaşvili adına Tiflis Dövlət Universitetində (TDU) Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, TDU rektoru Qiqi Xubua, tarix elmlər namizədi Quram Marxuliya, BDU-nun profesoru Kamil Səlimov və digər şəxslər iştirak edib. N. Əliyev tədbir iştirakçılarına Qarabağ münaqişəsi və Xocalı faciəsi haqqında məlumat verib. Müzakirələrdən sonra Heydər Əliyev Fondunun təşkil etdiyi “Xocalı genosidi” adlı foto-sərgi nümayiş olunub, iştirakçılara Xocalı soyqırımına həsr olunmuş kitablar paylanıb.
Bu gün Gürcüstanın Marneuli rayonunda da Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR