Nyu-Yorkda təsis olunan türk internet-radiosunda Azərbaycan dilində veriliş yayımlanıb

Nyu-Yorkda təsis olunan türk internet-radiosunda Azərbaycan dilində veriliş yayımlanıb
# 06 may 2008 14:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. ABŞ-da fəaliyyət göstərən Nyu-York Azərbaycanlıları Assosiasiyası bu şəhərdə təsis olunan türk internet-radiosunda 3 saatlıq Azərbaycan dilində verilişin yayımlanmasına nail olub. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən bildirilib. Verilişdə assosiasiyanın fəalları Azərbaycanda baş verən ictimai-siyasi proseslər, aktual məsələlər barədə danışıblar. Verilişdən sonra dinləyicilər Nyu-York Azərbaycanlıları Assosiasiyasına Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı, adət-ənənələri haqqında vaxtaşırı bilgi verilməsi ilə bağlı müraciət edib. Radionun rəhbərliyi həftədə 2-3 dəfə Nyu-York Azərbaycanlıları Assosiasiyasına Azərbaycan dilində verilişlər yayımlamaq üçün efir vaxtı ayrılmasını qərara alıb. Amerikada çalışan türk iş adamlarının yaratdığı bu radio 24 saat fasiləsiz fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR