“The Guardian” qəzeti Londondakı Azərbaycan məktəbi haqqında material hazırlayacaq

“The Guardian” qəzeti Londondakı Azərbaycan məktəbi haqqında material hazırlayacaq
# 09 may 2008 11:22 (UTC +04:00)
APA-nın Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubuna istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində Böyük Britaniyada yaşayan 193 milləti təmsil edən uşaqlarla görüşlərin keçirilməsi və müsahibələrin aparılması nəzərdə tutulub. Hazırlanan materiallar “The Guardian”da nəşr edilməklə yanaşı, “Channel 4” telekanalında nümayiş etdiriləcək. Layihənin məqsədi körpə yaşlarında İngiltərəyə köçən uşaqların öz tarixi vətənləri barədə nə qədər məlumata malik olduqlarını və düşüncələrini araşdırmaqdır. Jurnalist Kerolayn İrbi “Caspian-Khazri” məktəbinin şagirdi Fidan Hacıyeva ilə apardığı söhbətin aldığı ən maraqlı müsahibələrdən biri olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR