Parisdə itkin və əsir azərbaycanlılara ithaf olunmuş konsert keçirilib

Parisdə itkin və əsir azərbaycanlılara ithaf olunmuş konsert keçirilib
# 09 sentyabr 2021 17:04 (UTC +04:00)

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsinə ithaf olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, tədbir Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun əməkdaşları, Fransa parlamentinin deputatları, yerli ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdə azərbaycanlı musiqiçilər Etibar Əsədli (piano), Səddam Novruzbəyov və fransız musiqiçisi Alba Obert (violon) çıxış ediblər.

Musiqiçilər “Ay Laçın”, “Qubanın ağ alması”, “Sarı gəlin” kimi Azərbaycan xalq mahnılarını, Əli Səliminin “Ayrılıq” əsərini ifa ediblər. Konsertdə şəhid Xudayar Yusifzadənin Vətən müharibəsi dövründə ifa etdiyi “Vətən yaxşıdır” mahnısı da səsləndirilib.

Tədbir çərçivəsində müharibə fəlakətləri ilə üzləşmiş soydaşlarımızın müsibətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR