Bu ilin yanvar-mart aylarında Gürcüstanın şərab ixracının ümumi dəyəri illik müqayisədə 9,6% azalaraq 44,261 mln. ABŞ dolları təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, ötən ilin I rübündə ixrac edilən şərabın ümumi dəyəri 48,976 mln. dollar təşkil edib. Hesabat dövründə Gürcüstanın ən çox şərab ixrac etdiyi ölkə Rusiya olub – 26,356 mln. dollar. Rusiyaya ixrac Gürcüstanın ümumi şərab ixracının 59,5%-ni təşkil edib. Üçüncü və dördüncü yerlərdə isə müvafiq olaraq Ukrayna (5,094 mln. dollar) və Polşa (2,994 mln. dollar) qərarlaşıb.