Avropa Azərbaycanlıları Konqresi 31 mart soyqırımı ilə bağlı Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlayıb

Avropa Azərbaycanlıları Konqresi 31 mart soyqırımı ilə bağlı Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlayıb
# 28 mart 2013 09:37 (UTC +04:00)

Bakı – APA. Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, pofessor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, 31 mart tarixində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 95 il ötür: “1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib”.

Bəyanatda həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduğu və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar və qadınların əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanıb.

Avropa Azərbaycanlıları Konqresi Almaniya Bundestaqını nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına biganə yanaşmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR