Azərbaycan Türklərinin Kanada Cəmiyyəti fəaliyyətə başlayıb

Azərbaycan Türklərinin Kanada Cəmiyyəti fəaliyyətə başlayıb
# 02 avqust 2013 04:16 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Kanadanın Toronto şəhərində Azərbaycan Türklərinin Kanada Cəmiyyəti (ATKC) fəaliyyətə başlayıb. A

PA-nın təşkilatın rəsmi vebsəhifəsinə istinadən verdiyi xəbərə görə, qeyri-kommersiya təşkilatı olan qurum hansısa bir dövlətə və heç bir siyasi təşkilata bağlı olmadan müstəqil fəaliyyət göstərəcək: “ATKC Torontoda yaşayan Güney Azərbaycandan olan bir qrup fəal, musiqiçi və hüquq müdafiəçisi tərəfindən təsis edilib. Təşkilata Kanadanın müxtəlif yerlərində yaşayan bütün türk toplumları qoşula bilər. ATKC onilliklər ərzində əldə edilmiş təcrübənin nəticəsi olaraq yaradılıb. Təşkilat Azərbaycan türklərinin əsas ehtiyaclarını müəyyən etmək, demokratik prinsiplərə əsaslanan icma üzvlərinin iştirakı və əməkdaşlığı ilə öz məsələləri həll etmək niyyətindədir. ATKC Güney Azərbaycan türklərinin dil, mədəni və şəxsiyyət problemlərini və ehtiyaclarını ödəmək üçün yaradılıb. Təşkilatın məqsədi insan hüquqlarının pozulması və Azərbaycan türkləri və İranda yaşayan digər türklərə qarşı ayrı-seçkilik barədə Kanada və beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. Qurum Azərbaycan dilini və mədəniyyətini qorumaq üçün müxtəlif xidmətlər göstərəcək, xüsusilə türk dili kursları, kitabxana, musiqi, rəqs və incəsənət dərsləri təşkil edəcək, humanitar tədbirlər keçirəcək, immiqrantlara və Kanadaya yeni gələn azərbaycanlılara köməklik edəcək”. Təşkilat bu ilin sentyabr ayında fəaliyyətə başlaması münasibətilə tədbir keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR