Azərbaycanlılar Norveç parlamentinin binası qarşısında kütləvi aksiya keçirəcəklər

Azərbaycanlılar Norveç parlamentinin binası qarşısında kütləvi aksiya keçirəcəklər
# 16 fevral 2015 13:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (“NAYO”) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında aksiya təşkil edəcək.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada hər iki təşkilatın üzvləri, Azərbaycan diasporunun fəal nümayəndələri və Azərbaycan icmasına yaxın olan norveçlilər iştirak edəcəklər.

Aksiyada 1992-ci ildə Azərbaycanın Xocalı şəhər sakinlərinin ermənilər tərəfindən soyqırıma məruz qalması, günahsız insanların qətlə yetirilməsi bir daha yerli ictimaiyyətin diqqətinə çatdırılacaq və faciəyə Norveç parlamentinin hüquqi qiymət verməsi tələbi irəli sürüləcək. Aksiyanın keçirilməsi üçün müvafiq qurumlardan icazə alınıb.

Qeyd edək ki, 2005-ci ildə yaradılmış Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və 2012-ci ildə təsis edilmiş Oslo Azərbaycan Evi Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və ermənilərin törətdiyi digər vəhşiliklərin Norveç ictimaiyyətinə çatdırılması, azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan mədəniyyətinin, tarixinin təbliği istiqamətində uğurlu layihələrə imza atıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR