Daşkənddə "Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi" adlı tədbir keçirilib

Daşkənddə "Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi" adlı tədbir keçirilib
# 16 sentyabr 2013 12:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Özbəkistanın müstəqilliyinin 22-ci ildönümünə həsr olunan "Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi" adlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor və müəllim heyəti iştirak edib.

Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov, səfir Hüseyn Quliyev 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan universitetdə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə özbək tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilib. Mərasimdə Azərbaycan və özbək mahnıları ifa olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR