Diasporla İş üzrə Dövlət Komitəsində türkiyəli ziyalılarla görüş keçirilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində türkiyəli ziyalılarla görüş keçirilib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2014 15:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Azərbaycana səfər edər edən bir qrup tanınmış türkiyəli ziyalı bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

Komitənin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, İSTAD rəhbəri Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin I müavini Valeh Hacıyev qəbul edib.

Görüşdə Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

V. Hacıyev xalqlarımız arasında qardaşlıq əlaqələrinin Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətinə həlledici təsir göstərən amillərdən biri olduğunu vurğulayıb, bu cür səfərlərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rola malik olduğunu qeyd edib.

S. Qaraqoyunlu isə bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, Türkiyədəki soydaşlarımız arasında bağların qopmamasını təmin etmək, vaxtilə Türkiyəyə köçüb getmiş azərbaycanlıların böyüməkdə olan gənc nəslinə Azərbaycanı tanıtmaq, göstərmək, adət-ənənələrimizi yaşatmaq baxımından qarşılıqlı səfərlər böyük əhəmiyyət daşıyır.

Komitənin Aparat rəhbəri Nəriman Qurbanov isə 2015-ci ildə dünyadakı Azərbaycan diaspor təşkilatları kimi Türkiyədəki diaspor qurumlarının üzərinizə düşən vəzifələrdən danışıb. O bildirib ki, diaspor təşkilatlarımız gələn il ilk dəfə olaraq Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsindən faydalanaraq Azərbaycanın tanıdılması, təbliği istiqamətində aktiv fəaliyyət göstərməlidir.

N. Qurbanov “erməni soyqırımı”nın ifşa olunması istiqamətində diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsinin vacib olduğunu deyib.

Görüşdə həmçinin İstanbulda Azərbaycan kitabxanasının açılması təklifi irəli sürülüb, yaxın vaxtlarda belə bir kitabxananın yaradılması məsələsinə baxılacağı bildirilib.

Qeyd edək ki, qonaqlar Gəncə, Salyan, Quba və Bakıda olublar, Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni daşnak işğalçılarından azad etməsinin 96-cı ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlərə qatılıblar, Fəxri xiyabanı, Şəhidlər xiyabanı və Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət ediblər, müxtəlif görüşlər keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR