İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb - FOTO

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb   - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 07:26 (UTC +04:00)

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DE-İKGF) İstanbulda yerləşən baş qərargahından APA-ya verilən məlumata görə, Forumun fəaliyyətləri ilə bağlı Forum tərəfindən təqdim edilmiş qətnamə layihəsi İƏT XİNŞ tərəfindən sözügedən sessiya zamanı qəbul edilib və bununla İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

DE-İKGF nümayəndə heyətinin başçısı kimi sessiyanın işində iştirak üçün Cibutiyə ezam edilən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində Forumun fəaliyyətləri arasında DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ "üzv ölkələri və İƏT qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək göstərməyə və bu soyqırım aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə" çağırıb.

Xatırladaq ki, "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 2008-ci ilin may ayında DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb və bu müddət ərzində qarşısına məqsəd qoyduğu Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi və mənəvi qiymət verilməsi ilə bağlı ciddi nailiyyətlər əldə edib.

E. Mehdiyev həmçinin bildirib ki, sessiya DƏ-İKGF tərəfindən həyata keçirilən "Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman" beynəlxalq mükafat layihəsini alqışlayıb və üzv dövlətləri bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırıb. Sözügedən mükafat layihəsinə 2011-ci ilin noyabr ayında Bakıda DƏ-İKGF və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsisedici konfransı zamanı start verilib və 2013-cü ildə Bakıda ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərarlaşdırılıb.

Bundan başqa, qəbul olunmuş qətnaməyə əsasən İƏT XİNŞ Forumun təşəbbüsünə cavab olaraq, Foruma üzv təşkilatların, o cümlədən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarına və pozitiv təcrübəsinə əsaslanaraq gənclərin fəaliyyətlərinin koordinasiyası məqsədilə Yaxın Şərq və Şimali Afrika bölgəsində milli gənclər şuralarının qurulmasını DƏ-İKGF-yə həvalə edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR